qəribə təsadüf

the irony of fate / the tricks of fortune ирония судьбы (нелепая случайность)
qəribə işdir! (ola bilməz!)
qəribəlik
OBASTAN VİKİ
Təsadüf
Təsadüf — mütləq olması zəruri olan hadisədir. Eyni təsadüflərin cəmi isə zərurətə bərabərdir. Baş vermiş gözlənilməyən, nəzərdə tutulmayan hadisə; qəziyyə, vəqə, əhvalat. Təsadüf və zərurət təbiət qanunundan irəli gəlib.
Qəribə təsadüf və ya həmişə təmizlikdə
"Qəribə təsadüf və ya həmişə təmizlikdə" (rus. Ирония судьбы, или С лёгким паром!) — rejissor Eldar Ryazanovun rejissorluğu ilə 1975-ci ildə çəkilmiş ikiseriyalı sovet filmi. SSRİ-də ilk nümayişi 1 yanvar 1976-cı il saat 17:45-də Mərkəzi Televiziyanın birinci proqramı ilə baş tutub. İlk nümayişin auditoriyası 100 milyon tamaşaçı təşkil edib; çoxsaylı tamaşaçı xahişi nəzərə alınaraq fevralın 7-də film təkrarən göstərilib. 1978-ci ilədək filmə televiziya vasitəsilə 250 milyon tamaşaçı baxmışdı. Film kinoteatrlarda 295 nüsxə ilə nümayiş olunaraq, 7 milyon tamaşaçı toplamışdı. 1977-ci ildə SSRİ dövlət mükafatına layiq görülüb. Film satirik animasiya ilə başlayır. Filmin əsasını eyni layihə əsasında tikilmiş eyni tipli binalar (hətta müxtəlif şəhərlərdə) təşkil edir. Daha sonra ekranda Pavliki görürük.
Təsadüf (mahnı)
Qəribə təsadüf və ya həmişə təmizlikdə (film, 1975)

Qəribə müharibə
Qəribə müharibə (3 sentyabr 1939 – 8 may 1940) — İkinci dünya müharibəsinin əvvəlindən heç bir hərbi əməliyyatın aparılmadığı 8 aylıq dövrün adıdır. Avropanın bütün böyük gücləri bir-birinə müharibə elan etməsinə qarşılıq, bu dövrdə Almaniyanın işğallarına qarşı irimiqyaslı bir hərbi reaksiya verilməmişdir. Bu müharibə Almaniyada "Sitzkrieg" ("oturan müharibə", Blitzreqə bir göndərmə), Fransada "Drôle de guerre" ("gülməli müharibə") və Polşada "Dziwna wojna" ("qəribə müharibə") adlandırılmışdır. Vinston Çörçill isə bu müharibə üçün Şəfəq müharibəsi ifadəsini işlədib. Alman ordusunun böyük hissəsi Polşada olsa da, Ziqfrid xəttində daha kiçik bir birlik Fransa sərhədini gözləyirdi. Sərhədin digər tərəfində Majino xəttində İngilis və Fransız qoşunları var idi. Bu dövrdə qırıcı təyyarələr arasında çox kiçik miqyaslı toqquşmalar və iti döyüşlər baş verdi. Kral Hərbi Hava Qüvvələri Almaniyaya dair təbliğat broşuraları yayımladı. Sərhədlərində vuruşmayan tərəflər Norveçdə döyüşlə məşğul olacaqlar. Müharibənin başlaması ilə İngiltərə və Fransa Amerika silah istehsalçılarına böyük həcmdə silah sifarişləri verir.
Qəribə valvisiya
Qəribə valvisiya (lat. Welwitschia mirabilis) — Qnetokimilər sinfinə aid velviçiyakimilər sırasının yeganə müasir növü. Namibiya və Anqolaya xasdır. Bitki adətən ingilis dilində "welwitschia" kimi tanınır, lakin tumbo ağacı adı da istifadə olunur. Namada "kharos" və ya "khurub", afrikaansda "tweeblaarkanniedood", Damarada "nyanka", Hereroda "onyanqa adlanır. Qeyri-rəsmi mənbələrdə bitki adətən "canlı fosil" kimi istifadə olunur. Velviçiya, 1859-cu ildə indiki Anqolada bitkini təsvir edən ilk avropalı olan Avstriyalı botanik və həkim Friedrich Velviçin adını daşıyır. Velviç bitkidən o qədər heyrətə gəldi ki, "bir toxunuşun xəyal məhsulu olduğunu sübut etməsindən qorxaraq diz çöküb ona baxmaqdan başqa heç nə edə bilmədi." London Linnean Cəmiyyətindən Dalton Hooker Velviçin təsvirindən istifadə edərək və Namibiyada bitkini müstəqil şəkildə qeydə almış rəssam Tomas Bainesin materialı ilə birlikdə material toplayıb, növləri təsvir etdi. Canlı fosil bitkisi olaraq da bilinən ən uzun ömürlü bitkilərdən biri yenə Afrikada tapılan ən nadir bitki növlərindən biridir. Bu qəribə görünüşlü bitkinin odunlu, qalın, qısa və qalın gövdəsi var.
Qəribə soğan
Qəribə soğan, Pəl (lat. Allium paradoxum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin nərgizçiçəyikimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. Meşə (yabanı) soğanı deyilən pəl bitkisi sarımsağın yaşıl zoğuna çox oxşayır və onun dadına bənzəyir. Hündürlüyü (5) 10-25 (30) sm-dir. Soğanağı yumurtaşəkilli və ya şarşəkilli olub, qalınlığı 1 sm-ə qədərdir və boz qınlıdır. Gövdəsi zəifdir, bir ədəd kökətrafı yarpağı vardır, onunla birgə rəngsiz dəriciyə oxşar qın geyinmişdir. Yarpaq demək olar ki, gövdəyə bərabərdir və ya ondan uzundur, xətvari neştərşəkillidir, eni 5-15 mm-dir, ortdan və ya aşağıdan qaidəsinə doğru daralmış və kütdür. Qını ağ rəngli, pərdəşəkillidir, qaidəsinə qədər iki uzunsov-neştərvari qanadlara bölünmüşdür, çətirdən qısadır. Çətirinin 1-5 (8) ədəd əyilən çiçək saplağı vardır, çox vaxt soğanaqla olur; çiçək saplağı çiçəklərə bərabər və yaxud ondan 1,5 dəfə uzun olur, çiçək altlığı yoxdur. Çiçək yanlığı enlizınqırova oxşar, tutqun-ağ rəngli olub,üzərində limon sarısı rəngdə çalarları vardır.
Qəribə bellevaliya
Qəribə bellevaliya (lat. Bellevalia paradoxa) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin bellevaliya cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari, 2-2,5 sm enində, tünd, 1,5-2 sm enində boz qınla örtülüdür. Gövdə 30 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 2-3, uzunsov, dar-xətvari və ya dar-lansetvari, 0,5-1 (1,5) sm enində, aşağıdan sıxılmışdır. Salxım çoxçiçəkli, sıx, 2-6 sm uzunluğunda, uzunsov ovaldır. Çiçəkyanlığı qara, mavi, 5 mm uzunluğunda, uzunsov-zəngvari, çiçək saplağına bərabərdir.
Qəribə İbrahimxəlilova
Qəribə Süleyman qızı İbrahimxəlilova(3 mart 1929, Şəki rayonu)―Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Qəribə İbrahimxəlilova 3 mart 1929-cu ildə, Azərbaycan Respublikasının, Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə Böyük Vətən Müharibəsi illərində (1947-1953), Azərbaycan SSR-in, Nuxa (Şəki) rayonunda yerləşən, Lenin adına kalxozda başlamışdır. O, daha sonra həmin kalxozda tütünçülük sektorunun rəhbəri vəzifəsinə təyin olunmuşdur. 1949-cu ildə onun rəhbərlik etdiyi sektor 3 hektarlıq sahədən hər hektardan 25,9 sentner olmaqla Trapezond növlü tütün məhsulunun yığımını həyata keçirmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 iyun 1950-ci il Fərmanına əsasən, 1949-cu ildə bütün növ kənd təsərrüfatı məhsulları üzrə icbari tədarükləri yerinə yetirdiyinə və yüksək tütün məhsulu əldə etdiyinə görə İbrahimxəlilova Qəribə Süleyman qızı "Lenin ordeni" və "Oraq və Çəkic" qızıl medalı ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının ictimai rifahının yüksəldilməsində fəal iştirak etmiş, 1959-cu ildən, 1963-cü ilədək Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırışının deputatı olmuşdur. == Şəxsi həyatı == Ailəlidir, 2000-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır. O əvvəlcə Timiryazevski rayonunda yaşayıb, hal-hazırda isə Moskvanın Oçakovo-Matveevo rayonunda yaşayır.
Təsadüf (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Qəribə Adam (1979)
Burada çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi. Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır. Gənc vəkil Əhmədə (Qriqore Qriqoriu) doğruluğuna, təmizliyinə görə "Qəribə Adam" ləqəbi verilir. Pulun hakim kəsildiyi, rüşvətxorluğun geniş yayıldığı, əşya azarının epidemiya xarakteri daşıdığı cəmiyyətdə ağır sınaqlara düçar olan, beləliklə də sarsılıb ruh düşkünlüyünə qapılan Əhməd həyata inamı itirir. Bəlkə də səhv etdiyini, yanıldığını düşünən vəkil natəmiz adamlar cərgəsinə qoşulur. Lakin bu yad mühitə uyğunlaşmağa, mənəvi saflığına, təmizliyinə axıradək xəyanət etməyə, vicdanının səsini susdurmağa Əhmədin gücü çatmır. Çünki o, təbiətən başqa adamdır. Belə sarsıntılar keçirdiyi bir vaxtda fəhlə Səlim (Q.Səlimov) Əhmədin köməyinə gəlir, onu xilas edir. Əhməd Səlimin və onun dostlarının namuslu, vicdanlı olduqlarını, saf hisslərlə yaşadıqlarını görür, yenidən xeyirxah insanların sırasına qayıdır. Film aktrisa Tanilə Əhmərovanın kinoda ilk işidir.
Qəribə Görüşlər (1969)
Elmi-kütləvi film Azərbaycanın qoruq yerləri haqqındadır.
Qəribə Əhvalat (1960)
Filmdə spirtli içki həvəskarları tənqid olunur və gülüş atəşinə tutulur. Kinofelyetonun qəhrəmanı Kefçilov (Lütfəli Abdullayev) sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, çoxlu xoşagəlməz hadisələrlə qarşılaşır. Nəhayət əmin olur ki, belə həyat tərzi heç kimə xeyir gətirə bilməz.
Qəribə adam (film, 1979)

Qəribə görüşlər (film, 1969)
Elmi-kütləvi film Azərbaycanın qoruq yerləri haqqındadır.
Qəribə şeylər (teleserial, 2016)
Qəribə Şeylər (ing. Stranger Things) - Daffer qardaşları tərəfindən Netflix platforması üçün yaradılmış ABŞ elmi fantastika və qorxu teleserialı. Daffer qardaşları Şon Levi və Den Kohenlə birlikdə serialın icraçı prodüserləridirlər. Serialın birinci mövsümünün əsas rollarında Vaynona Rayder, Devid Harbor, Finn Vulfhard, Milli Bobbi Braun, Qeyten Matarazzo, Kaleb Maklaflin, Nataliya Dayer, Çarli Hiton, Kara Buono və Mettyu Modayn, köməkçi rollarında Noa Şnapp və Co Kiri çıxış edirlər. İkinci mövsümdən etibarən Şnapp və Kiri əsas rol ifaçıları olmuş, Deykr Montqomeri, Şon Astin və Pol Rayzer da onlara qoşulmuşdur. Praya Feryuson isə ikinci mövsümdə köməkçi rolda oynamışdır. Üçüncü mövsümdə Mayya Houk da aktyor heyətinə qatılmış, Ferqyuson əsas rol ifaçısı olmuşdur. Birinci mövsüm 1983-cü ilin noyabrında İndiana ştatının uydurma Houkins qəsəbəsində başlayır. Qəsəbə ətrafında baş verən fövqəltəbii hadisələrdən sonra itən bir gənc oğlanın axtarışları başlanır, eyni zamanda psixokinetik güclərə malik olan müəmmalı qız ortaya çıxır. Qız oğlanın dostları ilə dostlaşır və onu axtarmağa kömək edir.
Qəribə əhvalat (film, 1960)
Filmdə spirtli içki həvəskarları tənqid olunur və gülüş atəşinə tutulur. Kinofelyetonun qəhrəmanı Kefçilov (Lütfəli Abdullayev) sərxoş vəziyyətdə hamama getmək əvəzinə Gəncə şəhərinə yola düşən qatara minir. Bundan sonra o, çoxlu xoşagəlməz hadisələrlə qarşılaşır. Nəhayət əmin olur ki, belə həyat tərzi heç kimə xeyir gətirə bilməz.
Qəribə əjdaha (film, 1984)
Film kitaba məhəbbətdən, onu qoruyub saxlamağın vacibliyindən bəhs edir. Müasir, böyük şəhərin həyətlərinin birində baş verən bir hadisə dəcəl oğlana öz səhvlərini başa düşməyə, düzəltməyə, dəcəllikdən əl çəkməyə kömək edir. Müasir nağıl janrında olan film çox sadə və aydın bir yolla kitabları cırıb dəcəllik etməyin nə qədər pis, dostluğun, çətin dəqiqələrdə bir-birinə köməyə yetməyin nə qədər yaxşı olduğunu göstərir. Rejissor: Əsgər Məmmədov Ssenari müəllifi: Ruhəngiz Qasımova Quruluşçu rəssam: Reyn Raydme Operator: Antonina Korotnitskaya Bəstəkar: Azər Dadaşov Səs operatoru: Əsəd Əsədov Cizgi rəssamı: Vaqif Məmmədov, Rauf Dadaşov, Bəhmən Əliyev, Arifə Hatəmi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 314.
Qəribə Süleyman qızı İbrahimxəlilova
Qəribə Süleyman qızı İbrahimxəlilova(3 mart 1929, Şəki rayonu)―Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Qəribə İbrahimxəlilova 3 mart 1929-cu ildə, Azərbaycan Respublikasının, Şəki rayonu, Orta Zəyzid kəndində anadan olmuşdur. == Əmək fəaliyyəti == Əmək fəaliyyətinə Böyük Vətən Müharibəsi illərində (1947-1953), Azərbaycan SSR-in, Nuxa (Şəki) rayonunda yerləşən, Lenin adına kalxozda başlamışdır. O, daha sonra həmin kalxozda tütünçülük sektorunun rəhbəri vəzifəsinə təyin olunmuşdur. 1949-cu ildə onun rəhbərlik etdiyi sektor 3 hektarlıq sahədən hər hektardan 25,9 sentner olmaqla Trapezond növlü tütün məhsulunun yığımını həyata keçirmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 17 iyun 1950-ci il Fərmanına əsasən, 1949-cu ildə bütün növ kənd təsərrüfatı məhsulları üzrə icbari tədarükləri yerinə yetirdiyinə və yüksək tütün məhsulu əldə etdiyinə görə İbrahimxəlilova Qəribə Süleyman qızı "Lenin ordeni" və "Oraq və Çəkic" qızıl medalı ilə təltif olunmuş, Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycan Respublikasının ictimai rifahının yüksəldilməsində fəal iştirak etmiş, 1959-cu ildən, 1963-cü ilədək Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırışının deputatı olmuşdur. == Şəxsi həyatı == Ailəlidir, 2000-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır. O əvvəlcə Timiryazevski rayonunda yaşayıb, hal-hazırda isə Moskvanın Oçakovo-Matveevo rayonunda yaşayır.
Bizim qəribə taleyimiz (film, 2005)
Qəribə şeylər (1-ci mövsüm)
ABŞ istehsalı Qəribə şeylər (Stranger Things) serialının ilk mövsümü 15 iyul 2016-cı ildə Netflix platformasında yayımlanmışdır. Haukins Milli labaratoriyasında "Tərs dünya"ya keçid portalı yaranır. Bu keçiddən gələn məxluq Uill Bayers və Barbara adlı iki uşağı qaçırdır. Uillin anası Coys və qəsəbənin polis müdürü Cim Hopper uşaqları axtarmağa başlayırlar. Həmçinin 11 ləqəbli telekinez kiçik qız labaratoriyadan qaçır və Uillin dostlarına - Mayk, Dastin və Lukasa Uilli tapmaqda kömək edir. Vaynona Rayder - Coys Bayers rolunda David Harbor - Cim Hopper rolunda Fin Vulfhard - Mayk Viler rolunda Milli Bobbi Braun - On bir (EI) rolunda Geyt Matarazzo - Dastin Henderson rolunda Kaleb Maklaflin - Lukas Sinkler rolunda Natali Dayer - Nansi Viler rolunda Çarli Haton - Conatan Bayers rolunda Kara Buono - Karen Viler rolunda Metyu Modin - Martin Brenner rolunda Noa Şnapp - Uill Bayers rolunda Co Kerri - Stiv Harrinqton rolunda Şannon Purser - Barbara Holland rolunda Ross Partric - Loni Bayers rolunda Co Çest - Ted Viler rolunda Mark Stecer - Qəribə məxluq rolunda Rob Morqan - polis Povell rolunda Con Paul Reynolds - polis Kallahan rolunda Randall Havens - Skott Klark rolunda Aimi Mullins - Terri İves rolunda Katerina Dayer - Conni Freyzr rolunda Piyton Uiç - Troy rolunda Keyd Cons - Ceyms rolunda Çester Raşinq - Tommi rolunda Çelsi Talmec - Kerol rolunda Anniston Prays - Holli Viler rolunda Kris Sullivan - Benni Hammond rolunda Tobia Yelinek - baş agent rolunda Susan Şalhob Larkin - Florens (Flo) rolunda Epizod 1 - "Uill Bayersin yoxa çıxması" Dostlarından ayrılıb evə qayıdan Uill yolda qəribə məxluq görür. Həmin məxluq dövlətə məxsus labaratoriyadan qaçan canavardır. Epizod 2 - "Mepl küçəsindəki qəribə məxluq" Lukas, Mayk və Dastin meşədə rastlaşdıqları qızla danışmağa cəhd edirlər. Coysa qəribə telefon zəngi gəlir Epizod 3 - "Milad bayramınız mübarək" Nansi Barbı axtarmağa başlayır və Conatanın nə axtardığını öyrənir. Coys Uillin elektrik vasitəsilə danışdığına inanır.
Bəd xəbərlər gətirən qəribə adamlar (film, 1993)
== Məzmun == Film Azərbaycanda və dünyanın müxtəlif bölgələrinin qaynar nöqtələrində, xüsusilə müharibə zonalarında çəkilişlər aparan şücaətli reportyorlardan bəhs edir. == Film haqqında == Film Çingiz Mustafayevə həsr olunmuşdur. Filmdə Çingiz Mustafayevin, ANS, BBC, WTN, CNN telekompaniyalarının videoarxivlərindən və Gürcüstan Milli Televiziyasının "Dragon's Sindrome" filmindən istifadə olunmuşdur. Filmin çəkilişlərinə Azərbaycan Dövlət Televiziyası köməklik göstərmişdir.
Doktor Cekil və cənab Haydın qəribə hekayəsi
Doktor Cekil və cənab Haydın qəribə hekayəsi şotland yazıçı Robert Louis Stevensonun 1885-cı ildə qələmə aldığı qısa qotik romanı. Povest 1885-ci ildə sentyabr-oktyabr aylarında hissə-hissə "Longman's magazine"də çap edilmiş, sonra isə naşir Lonqmanın təşəbbüsü ilə 1886-cı ildə kitab formasında çap edilmişdir. Cekil adı Stevensonun dostu və bağçılıq-peyzajdizayneri Qertrud Çekilin kiçik qardaşı Valter Cekildən götürülmüşdür. Cənab Hayd doktor Cekilin daga primitiv və az inkişaf etmiş bir evrsiyası kimi təsvir edilir və onun degenerasiyası irəlilədikcə Hayd da daha heyvani olur. Qabriel Con Atterson - notarius Cənab Riçard Enfild - Cənab Attersonun uzaq qohumu, tanınmış London varlılarından biri Henri Cekil Edvard Hayd - Həkim Lenyon - Attersonun dostu Cənab Pul - Uzun illər Çekilin yanında işləyən eşikağası. Pool Cekilə sədaqətlə xidmət edir və ona sadiq olmağa çalışır. Amma ağasının getdikcə artan qəribəlikləri, özünəqapanmaları və aşqa dəyişiklikləri onun narahatlığının artmasına səbəb olur. Nəhayət ağasının öldürülməsindən və onun qatili cənab Haydın Cekilin otağında yaşamasından qorxan Pul Atterspna gedrək məsələni ona açır. İkili həqiqəti üzə çıxarmaq üçün birləşirlər. Attersonu həqiqətə çatdırmaq üçün Pul balta ilə labo Bredşou - Hneri Çekilin qulluqçularından biriratoriya qapısı baltalayır.
Bəd xəbər gətirən qəribə insanlar-2 (film, 2005)
== Məzmun == Şücaətli jurnalistlərdən bəhs edən filmin ikinci hissəsində Çingiz Mustafayev başda olmaqla ekstremal vəziyyətə düşən qorxmaz reportyorlardan danışılır. Filmdə belə vəziyyətdən çıxan jurnalistlər keçirdikləri hiss və həyəcanlarını bölüşürlər. == Film haqqında == Film Çingiz Mustafayevin xatirəsinə həsr olunmuşdur.
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov (film, 2012)
Qəribə taleli aktyorun sənət dünyası. Əfrasiyab Məmmədov — rejissor Sənan Sultanovun 2012-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film. Filmdə teatr və kino aktyoru Əfrasiyab Məmmədovun xatirəsinə həsr olunur. Filmdə "O olmasın, bu olsun", "Qızmar günəş altında", "Koroğlu", "Sehrli xalat", "Dədə Qorqud", "Evlənmək istəyirəm", "Kişi sözü", "Qətl günü" filmlərinin, eləcə də "Şeyx Sənan" teatr tamaşasının kadrlarından istifadə edimişdir.